Главная > Dünya > Rusiya Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə dair zəmanətləri geri götürür
Rusiya Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə dair zəmanətləri geri götürür17-07-2023, 21:01. Разместил: azadses |
Rusiya Qara dənizin şimal-qərbində gəmiçiliyin təhlükəsizliyinə dair zəmanətləri geri götürür və humanitar dəhlizi bağlayır. “Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir. Bəyanatda deyilir ki, iyulun 18-dən etibarən “Qara Dəniz Taxıl Təşəbbüsü” fəaliyyətini dayandırır, İstanbulda fəaliyyət göstərən birgə Koordinasiya Mərkəzi isə buraxılır: “Rusiya Qara dənizin şimal-qərb hövzəsində müvəqqəti təhlükəli ərazi rejimini bərpa edir”. Rusiya XİN bəyan edir ki, İstanbul razılaşmalarının şərtlərinin yerinə yetirilməməsi şəraitində humanitar təyinatını doğrultmayan təşəbbüsün davam etdirilməsi öz mənasını itirir: “Rusiya vədlər və təminatlar deyil, yalnız konkret nəticələr əldə edildikdən sonra sazişin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq”. Вернуться назад |