Главная > Dünya > Aİ Tunisə qanunsuz miqrasiya ilə mübarizə üçün 100 milyon avro ayıracaq
Aİ Tunisə qanunsuz miqrasiya ilə mübarizə üçün 100 milyon avro ayıracaq17-07-2023, 14:31. Разместил: azadses |
Avropa İttifaqı (Aİ) Tunisə sərhəd nəzarəti və qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 100 milyon avro ayıracaq. "Report" xəbər verir ki, bunu Tunisdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib. Karfagen sarayında Tunis və Aİ arasında strateji və hərtərəfli tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanmasından sonra mətbuata açıqlama verən AK rəhbəri qeyd edib ki, bu tədbirlər qanuni miqrasiyanın təşviqi üzrə səylərin bir hissəsidir. Mərasimdə fon der Lyayenlə yanaşı, Tunis Prezidenti Kais Səid, İtaliyanın Baş naziri Corc Meloni, Niderlandın Baş naziri Mark Rutte iştirak ediblər. Fon der Lyayenin sözlərinə görə, Tunislə razılaşmanın bir hissəsi olaraq, "Aİ axtarış-xilasetmə, sərhəd nəzarəti, insan alveri ilə mübarizə və hüquq-mühafizə sahəsində tərəfdaşlıq və əməkdaşlığı dərinləşdirmək üçün fəaliyyətlərə 100 milyon avro ayıracaq". O, Aralıq dənizinin hər iki tərəfindəki insanların faydalardan istifadə etməsini təmin etmək üçün Tunislə tərəfdaşlığın vacibliyinə işarə edib. Вернуться назад |