Главная > Dünya > Fransa hakimiyyəti dövlət xərclərini azaltmağı planlaşdırır
Fransa hakimiyyəti dövlət xərclərini azaltmağı planlaşdırır17-07-2023, 12:57. Разместил: azadses |
Fransa 2015-ci ildən bəri ilk dəfə 2024-cü ildə dövlət xərclərini azaldacaq. “Report”un məlumatına görə, bu barədə İqtisadiyyat və Maliyyə Nazirliyinin ilkin sənədinə istinadən “Agence France-Presse” xəbər verir. Qeyd edilir ki, 2024-cü ildə enerji tariflərinin dayandırılması ilə əlaqədar olaraq ilk dəfə olaraq dövlət xərclərinin azaldılması planlaşdırılır. Beləliklə, 2024-cü ildə müxtəlif dövlət tapşırıqları üçün ayrılan vəsait 356 milyard avro təşkil edir. Bu, 2023-cü illə müqayisədə 4,8 milyard avro azdır. Azalma elektrik enerjisi və qaz üçün tariflərin tədricən ləğvi ilə izah olunur. Вернуться назад |