Главная > Dünya > BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə edəcək

BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə edəcək


16-07-2023, 10:21. Разместил: azadses
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Assambleyası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

Bu barədə “Report” BMT-yə istinadən xəbər verir.

İyulun 17-də BMT Təhlükəsizlik Şurası “Ukraynada sülh və təhlükəsizliyin qorunması” mövzusunda nazirlər səviyyəsində iclas keçirəcək.

Həmçinin, çərşənbə axşamı, iyulun 18-də Baş Assambleyanın “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət” mövzusunda açıq müzakirəsi keçiriləcək.

Hər iki tədbirdə müxtəlif ölkələrdən bir sıra rəsmi şəxslərlə yanaşı, Ukrayna nümayəndə heyəti də iştirak edəcək.
Вернуться назад