Главная > Dünya > Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: “Rusiyaya öz silahlarımızla zərbə endirəcəyik”
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: “Rusiyaya öz silahlarımızla zərbə endirəcəyik”15-07-2023, 12:47. Разместил: azadses |
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı Rusiyaya ölkəsinin silahları ilə zərbə endirəcəklərini vəd edib. “Report” xəbər verir ki, bunu baş komandan "The Washington Post" qəzetinə müsahibəsində bildirib. O deyib ki, Rusiya üzərində qələbə qazanmaq üçün onun şərtləri ilə savaşmaq gərəkdir: “Ukraynanın Qərbdəki müttəfiqləri Rusiya ilə müharibə də ona uzaqmənzilli raketlərin və digər texnikanın verilməsində şərt qoyublar. Bu şərt də ondan ibarətdir ki, raketləri Rusiyanın və onun beynəlxalq hüquqlarla təsdiqlənmiş ərazisində istifadə etmək olmaz”. “Xalqımı xilas etmək üçün mən niyə düşmən ərazisində nəsə etmək üçün kimdənsə icazə istəməliyəm?”, - Zalujnının sözlərini nəşr sitat gətirib. Ukraynalı general “niyə mən Rusiya ərazisində heç bir şey etməyə icazə verilmədiyini düşünməliyəm. Çünki Putin nüvə silahından istifadə edəcək?” sualını verib. Zalujnı Ukraynanın necə döyüşəcəyinə qərar verəcəyini vurğulayıb və Rusiya ərazisində “öldürməyin” “mümkün və zəruri” olduğuna əmin olduğunu bildirib. "Əgər tərəfdaşlarımız silahlarından istifadə etməkdən qorxsalar, öz silahlarımızla öldürəcəyik" deyən Zalujnı bunu "lazım olduğu qədər" edəcəyini də əlavə edib. Вернуться назад |