Главная > Dünya > Tacikistan və Əfqanıstan sərhədində zəlzələ olub
Tacikistan və Əfqanıstan sərhədində zəlzələ olub14-07-2023, 10:09. Разместил: azadses |
Tacikistan və Əfqanıstan sərhədində 5,7 maqnitudalı zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə 00:49-da qeydə alınıb. Təbiət hadisəsinin episentri Almatı şəhərindən 823 km məsafədə yerləşib. Zəlzələnin ocağı 35 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Вернуться назад |