Главная > Dünya > Türkiyə parlamenti gələn həftə İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər
Türkiyə parlamenti gələn həftə İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər11-07-2023, 21:01. Разместил: azadses |
Türkiyə Böyük Millət Məclisi (TBMM) gələn həftənin sonuna qədər İsveçin NATO üzvlüyünü ratifikasiya edə bilər. “Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Türkiyə mətbuatı isə yazır ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunacaq, lakin ölkənin qanunvericilik orqanı bu həftə yay tətilinə getdiyi üçün sənəd, çox güman ki, payız sessiyasında təsdiqlənəcək. Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib. Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələlik NATO-ya qəbul edilməyib. İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Müzakirələrin sonunda R.T.Ərdoğan İsveçin Alyansa üzvülüyünə razılıq verib. Вернуться назад |