Главная > Dünya > Hindistanda güclü yağışlar azı 28 nəfərin həyatına son qoyub

Hindistanda güclü yağışlar azı 28 nəfərin həyatına son qoyub


10-07-2023, 20:59. Разместил: azadses
Hindistanın şimal bölgələrində leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələrində ən azı 28 nəfər həyatını itirib.

“Report” “India Today”a istinadla xəbər verir ki, güclü musson yağışları ölkənin altı ştatında daşqınlara, torpaq sürüşmələrinə, binaların dağılmasına səbəb olub.

Parkları, yeraltı keçidləri, bazarları və xəstəxana binalarını su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb.

Dağətəyi rayonlarda Ravi, Beas, Sutlej və Çənab çayları məcrasından çıxıb. Himaçal-Pradeş ştatında ciddi vəziyyət yaranıb, burada yağışın yaratdığı sürüşmə və daşqınlar bir neçə rayonda normal həyatı praktiki olaraq iflic edib. Su və palçıq axınları evləri, mağazaları, avtomobilləri və yük maşınlarını aparıb.

Ölkənin Meteorologiya Xidmətindən verilən açıqlamaya görə, Yeni Dehlidə 24 saat ərzində hər kvadratmetrə düşən yağıntı 1982-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir.

Hindistan Mərkəzi Su Komissiyasından (CWC) verilən açıqlamada, Dehlidəki Yamuna çayının suyunun yüksəldiyi və iyulun 11-də təhlükə həddini 205,33 metr keçəcəyi gözlənilir.


Вернуться назад