Главная > Dünya > İtaliya demoqrafik qışla üzləşə bilər
İtaliya demoqrafik qışla üzləşə bilər10-07-2023, 16:47. Разместил: azadses |
İtaliyada demoqrafik qış yaşana bilər. Məlumata görə, ölkə əhalisinin 2070-ci ilə qədər indiki 59 milyondan 47,2 milyonadək azalması gözlənilir. Odur ki, İtaliyanın demoqrafik gələcəyi kifayət qədər qaranlıq görünür. Heç bir dəyişiklik olmadığı halda yaxın onilliklərdə İtaliya əhalisinin sayı 1/4-ə qədər azalacaq. Ölkə hökumət başçısı Corcia Meloninin sözlərinə görə, doğum səviyyəsini artırmaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Əhalinin azalmasının 1993-cü ildən başladığını və o vaxtdan bəri hər il qeydə alındığını nəzərə alsaq, demoqrafik siyasətə yenidən baxılmalıdır. Mənbə: gazeta.ru Вернуться назад |