Главная > Dünya > NATO-nun bir neçə ölkəsi Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlayır
NATO-nun bir neçə ölkəsi Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlayır10-07-2023, 08:38. Разместил: azadses |
NATO ölkələrindən ibarət kiçik bir qrup Vilnüsdə keçiriləcək ittifaq sammitinə qədər Ukraynaya təhlükəsizlik zəmanətləri haqqında sənədi razılaşdırmaq üçün danışıqlar aparır. “Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, bir neçə həftədir ki, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Ukrayna ilə təhlükəsizlik təminatlarını müzakirə edir, həmçinin hərbi blokun digər müttəfiqləri, Avropa İttifaqı və G7 ilə əlaqə saxlayır. Məqalədə deyilir ki, Qərb müttəfiqlərindən ibarət kiçik bir qrup NATO-nun Litvada keçiriləcək sammiti ərəfəsində Ukraynanın təhlükəsizliyinin təminatına dair bəyannaməni yekunlaşdırmaq üçün “qabaqcıl” və “son dəqiqə” danışıqları aparır. “Politico”nun NATO-dakı mənbəsinin sözlərinə görə, hər bir maraqlı ölkə Ukrayna ilə ikitərəfli əsasda ölkə qarşısındakı öhdəliklərini müəyyən etməli olacaq ki, bu da fərqli ola bilər. Onun sözlərinə görə, Kiyevə zəmanət veriləcək ki, bu ölkələr hələ uzun müddətə Ukraynaya silah tədarük edəcək, ordusunu maliyyələşdirəcək, əsgərlərinə məsləhətlər verəcək və təlim keçəcəklər ki, onlar gələcək təcavüzə qarşı çəkindirici qüvvəyə malik olsunlar. Vurğulanıb ki, ABŞ prezidenti Cozef Bayden iyulun 10-da Londonda Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşündə son detalları müzakirə edəcək. Вернуться назад |