Главная > Dünya > Kaliforniyada biznes-jetin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub

Kaliforniyada biznes-jetin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub


9-07-2023, 21:43. Разместил: azadses
“Cessna” biznes-jeti San Dieqo yaxınlığında qəzaya uğrayıb.

CNN verdiyi xəbərə görə, təyyarə Las-Veqasdan havaya qalxıb və yerli vaxtla saat 4:15-də (Bakı vaxtı ilə 15:15-red.) San Dieqodan yüz kilometr aralıda qəzaya uğrayaraq alovlanıb.

Xilasedicilər qısa müddətdə faciə yerinə gəlsələr də, heç kəsi xilas etmək mümkün olmayıb. Təyyarədə olan 6 nəfər həlak olub və onların şəxsiyyəti hələ ki açıqlanmayıb.
Mənbə: ren.tv


Вернуться назад