Главная > Dünya > Meksikada itkin düşmüş jurnalistin meyiti tapılıb

Meksikada itkin düşmüş jurnalistin meyiti tapılıb


9-07-2023, 11:11. Разместил: azadses
İtkin düşmüş 59 yaşlı meksikalı jurnalist Luis Martin Sançes İnigezin meyiti zorakılıq əlamətləri ilə Meksikanın Nayarit əyalətində tapılıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ştatın prokurorluğu məlumat yayıb.

Sançes İniguez “La Jornada” qəzetində işləyirdi. O, çərşənbə günü itkin düşmüşdü və həyat yoldaşı cümə günü orqanlara ərinin itməsi ilə bağlı müraciət edib.

Onun meyiti Tepik şəhərinin kənarında tapılıb. Onun necə öldüyü dəqiq bəlli olmasa da, səlahiyyətlilər onun ölümünün meyitinin tapılmasından 24-48 saat əvvəl baş verdiyini təxmin ediblər.


Вернуться назад