Главная > Dünya > Braziliyada çoxmənzilli bina çöküb, azı 8 nəfər ölüb

Braziliyada çoxmənzilli bina çöküb, azı 8 nəfər ölüb


8-07-2023, 13:33. Разместил: azadses
Braziliyanın şimal-şərqində yaşayış binasının çökməsi nəticəsində azı 8 nəfər ölüb, 5 nəfər itkin düşüb.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Yaşayış binası Braziliyanın Pernambuko ştatında yerləşir. Çökmə iyulun 7-də səhər saatlarında baş verib.

Ölənlər arasında 8 və 5 yaşlı iki azyaşlı uşaq da var.

Mülki müdafiə nümayəndələrinin sözlərinə görə, dağıntılar altından 4 nəfər sağ xilas edilib. Dağılmanın səbəbi hələlik məlum deyil.


Вернуться назад