Главная > Dünya > Yaponiyada 200 minədək insana təxliyə barədə əmr verilib
Yaponiyada 200 minədək insana təxliyə barədə əmr verilib8-07-2023, 12:45. Разместил: azadses |
Yaponiyanın qərbindəki Simane prefekturasının ən azı 196,700 sakini bölgəni bürümüş leysan yağışları səbəbindən yerli hakimiyyət orqanlarından təcili təxliyə əmri alıb. “Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Təhlükəli ərazilərdə olanlar təxliyə mərkəzlərinə yerləşdirilməyə başlanıb. Torpaq sürüşməsi və çayların daşması təhlükəsi ilə əlaqədar prefektura sakinlərinə xəbərdarlıq edilib. Meteoroloqların proqnozlarına görə, prefekturada güclü yağışlar bu həftənin sonuna kimi davam edə bilər. Вернуться назад |