Главная > Dünya > Meksika körfəzində baş verən yanğında iki nəfər ölüb

Meksika körfəzində baş verən yanğında iki nəfər ölüb


8-07-2023, 11:05. Разместил: azadses
Meksikanın “Pemex” dövlət şirkətinin Meksika körfəzində yerləşən neft platformasında baş vermiş yanğın nəticəsində iki nəfər ölüb, bir nəfər itkin düşüb.

Bu barədə “Report” şirkətin bəyanatına istinadən xəbər verir.

“Təəssüf ki, müəssisədə işləyən komandadan iki nəfər ölüb, daha biri itkin düşüb”, - şirkətin tviter səhifəsində yazılıb. Qeyd olunub ki, texniklər boru kəmərlərinin və birləşdirici elementlərin bərpası yollarını öyrənir və obyekti bərpa etməyə çalışırlar.

Hadisənin səbəbləri araşdırılır.

“La Jornada” qəzeti “Noxoch Alfa” platformasında baş verən yanğında 6 nəfərin öldüyü barədə yazıb.


Вернуться назад