Главная > Dünya > Niderlandda yeni seçkilər noyabrın ortalarından gec olmayaraq keçiriləcək

Niderlandda yeni seçkilər noyabrın ortalarından gec olmayaraq keçiriləcək


8-07-2023, 09:29. Разместил: azadses
Niderlandda Baş nazir Mark Ruttenin rəhbərlik etdiyi hökumətin istefasından sonra yeni parlament seçkilərinin keçirilməsi noyabrın ortalarına qədər mümkün olmayacaq.

“Report” xəbər verir ki, bu barədə ölkənin Seçki Şurası məlumat yayıb.

Bu struktura görə, seçkilərə hazırlıq vaxt aparır, ona görə də səsvermə noyabrın ortalarından gec olmayaraq keçiriləcək. Məsələn, yeni partiyalar qeydiyyatdan keçə bilməlidir, mövcud partiyalar namizəd siyahılarını tərtib etmək üçün vaxta ehtiyac duyur, bələdiyyələr seçki məntəqələri yaratmalıdır.

Qeyd edək ki, Baş nazir Mark Ruttenin rəhbərlik etdiyi Niderland hökuməti istefa verib.


Вернуться назад