Главная > Dünya > Rusiya Xersonu atəşə tutub, 2 nəfər ölüb, çoxlu mülki şəxs yaralanıb

Rusiya Xersonu atəşə tutub, 2 nəfər ölüb, çoxlu mülki şəxs yaralanıb


6-07-2023, 16:28. Разместил: azadses
Rusiya ordusu Ukraynanın Xerson vilayətini atəşə tutub.

“Report” xəbər verir ki, bunu Xerson vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.

Onun sözlərinə görə, əraziyə 40-ya yaxın mərmi atılıb və xüsusi yaşayış binaları hədəf alınıb.

Nəticədə 2 sakin həlak olub, çoxlu mülki şəxs yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.


Вернуться назад