Главная > Dünya > Bakıda QH Koordinasiya Şurasının Nazirlər Toplantısında iştirak edəcək nazirlərin qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda QH Koordinasiya Şurasının Nazirlər Toplantısında iştirak edəcək nazirlərin qarşılanma mərasimi keçirilib - YENİLƏNİB5-07-2023, 11:57. Разместил: azadses |
Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısında iştirak edəcək nazirlər ailə fotosu çəkdiriblər. Bu barədə “Report”un toplantıda iştirak edən əməkdaşı xəbər verir. Qeyd edək ki, bu gün və sabah Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısı keçiriləcək. Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq. Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb. Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısında iştirak edəcək nazirlərin qarşılanma mərasimi keçirilir. “Report”un xəbərinə görə, qonaqları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qarşılayır. Qeyd edək ki, bu gün və sabah Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısı keçiriləcək. Nazirlərin Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq. Вернуться назад |