Главная > Dünya > Çinin vitse-prezidenti: “Münaqişələri dialoq və məsləhətləşmələr yolu ilə həll etməliyik”
Çinin vitse-prezidenti: “Münaqişələri dialoq və məsləhətləşmələr yolu ilə həll etməliyik”2-07-2023, 17:52. Разместил: azadses |
“Beynəlxalq ictimaiyyət münaqişələri dialoq və məsləhətləşmələr yolu ilə nizamlamağa, çoxtərəflilik və inklüzivlik tətbiq etməyə borcludur”. “Report” xəbər verir ki, bu barədə Pekində keçirilən XI Qlobal Sülh Forumu zamanı Çinin vitse-prezidenti Xan Çjen bildirib. O, həmçinin qarşılıqlı etimad yaratmaq, mübahisələri həll etmək və təhlükəsizliyə nail olmaq üçün dialoqdan istifadə etməyin zəruriliyini qeyd edib: “Biz münaqişələri dialoq və məsləhətləşmələr yolu ilə həll etməliyik. Beynəlxalq ictimaiyyət, xüsusən də güclü böyük dövlətlər birmənalı şəkildə sülhü təşviq etməli, müvafiq ölkələrin ehtiyac və istəklərinə uyğun olaraq danışıqları və vasitəçiliyi asanlaşdırmalıdırlar”. Вернуться назад |