Главная > Dünya > Bəşşar Əsədin xanımı rus dilini öyrənmək istəyir

Bəşşar Əsədin xanımı rus dilini öyrənmək istəyir


2-07-2023, 08:43. Разместил: azadses
Suriya Ərəb Respublikası (SAR) Prezidenti Bəşşar Əsədin həyat yoldaşı Əsma Əsəd Rusiya paytaxtı Moskvaya səfər edib və mətbuata müsahibəsində rus dilini öyrənmək istədiyini etiraf edib.

Bu barədə “Report” “İvestiya”ya istinadən xəbər verir.

“Dil insanlar arasında ünsiyyət körpüsüdür, həm də mədəniyyətlər arasında körpüdür. Rusiya çox qədim mədəniyyətə malikdir və onun tarixi çox qədimdir. Ümid edirəm ki, gələcəkdə (dil öyrənmək-red) imkanım olacaq, əgər iş yükü bir az azalsa, niyə də olmasın”, - Suriyanın birinci xanımı deyib.

Əsma Əsəd böyük oğlu Hafizin M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin magistraturasını bitirməsi ilə əlaqədar Rusiya paytaxtına səfər edib. O, vurğulayıb ki, dünyanın ən nüfuzlu universitetlərindən birində oxuduğu uğurlu nəticəyə görə övladı ilə fəxr edir.


Вернуться назад