Главная > Dünya > Ukraynalı deputat: “Kaxovka” SES-in bəndinin partladılması ekoloji soyqırımı əməlidir"
Ukraynalı deputat: “Kaxovka” SES-in bəndinin partladılması ekoloji soyqırımı əməlidir"1-07-2023, 15:14. Разместил: azadses |
"Xerson ərazisində “Kaxovka” SES-in bəndinin partladılması ölkəmizə qarşı törədilmiş ekoloji soyqırımı əməlidir". Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) vilayətdən seçilən və hakim “Xalqın Xidmətçisi” partiyasının deputatı Pavel Pavliş deyib. Onun sözlərinə görə, bu, təkcə Ukrayna üçün deyil, dünya üçün ciddi bir problemdir: "Suyun geri çəkilməsindən sonra çoxsaylı dağıntılar, heyvan cəsədləri aşkar edilir. Ruslar insanların və heyvanların təxliyəsi üçün heç bir iş görməyib. Bizdə ölənlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur, lakin Dneprin sol sahilində əlaqə saxlamaq mümkün olmayan şəxsləri hesablasaq, ölənlərin sayı 1000 nəfər də ola bilər. Əminik ki, ölənlərin sayı çoxdur. Buna səbəb insanların ərazidən çıxmasına icazə verilməməsi və təxliyə işinin aparılmamasıdır". P. Pavliş qeyd edib ki, faciənin miqyasını az da olsa azaltmaq üçün epidemioloji vəziyyətə nəzarət olunmalı və laboratoriya analizləri aparılmalıdır: "Çünki hazırda Xersonda hava çox istidir. Temperatur 37 dərəcəyə çatır. Bu isə cəsədlərin daha çox parçalanmasına, onların havaya və suya qarışmasına səbəb olur. Çaylar Qara dənizə axdığından bu ekoloji vəziyyət təkcə Ukrayna üçün təhlükə yaratmır. Buna görə də beynəlxalq yardımdan söhbət gedirsə, epidemiya yayılacağı təqdirdə daha çox insanları və heyvanları xilas etmək üçün epidemioloji vəziyyət daim yoxlanmalı və analizlər aparılmalıdır. Dneprin sağ sahilində 25 nəfər ölüb ki, onlardan ikisi uşaqdır. Daha 32 nəfər isə itkin düşmüş hesab olunur və onların da ikisi uşaqdır. Çayın sol sahili ilə bağlı rəsmi məlumat yoxdur, çünki Rusiya tərəfi beynəlxalq təşkilatları əraziyə buraxmır və bununla da cinayətlərini ört-basdır etməyə çalışır". Вернуться назад |