Главная > Dünya > Lukaşenko səsvermədən sonrakı etirazlara münasibət bildirdi

Lukaşenko səsvermədən sonrakı etirazlara münasibət bildirdi


10-08-2020, 13:24. Разместил: azadses
Belarus Prezidenti Aleksandr Lukaşenko dünən ölkədə baş vermiş etirazlar barədə danışıb.
RT xəbər verir ki, o, Belarusda kiminsə istədiyi kimi meydan hərəkatlarının olmayacağını bildirib:
“Etirazlar zamanı təxminən 25 çevik polis əməkdaşı yaralanıb, qollarının və ayaqlarının sındığı deyilir... Belarusda iğtişaşlar kənardan təşkil edilir, kuklaları hazırlayan xətlərdən biri Çexiyadır”.
Lukashenko qeyd edib ki, etirazların təşkilatçıları Belarusun cənubunda 200-300 adamı şəhərlərin birində hakimiyyəti ələ keçirməyə çağırıblar: 
“Rusiya Federasiyası, Ukrayna və Polşadan olan insanlar Belarusdakı iğtişaşlarda iştirak edirlər, bu prosesi xaricdən idarə etməyə çalışırlar”.
“Belarus hüquq-mühafizə orqanları insanları kritik addımdan xilas edib, vəziyyət fəlakətli deyil, lakin çox təhlükəlidir, - deyə Lukaşenko bildirib. - Bu gün həmin oğlanları iğtişaşlara sövq və təhrik edən hər kəslə məşğul olacağıq”.
O, seçkilərdən sonra etiraz edənlərin prezident iqamətgahına basqın etmək istədiklərini də deyib.

Вернуться назад