Главная > Dünya > Fransa paytaxtını kütləvi iğtişaşlar bürüyüb

Fransa paytaxtını kütləvi iğtişaşlar bürüyüb


28-06-2023, 13:17. Разместил: azadses
Fransanın paytaxtı Parisi kütləvi iğtişaşlar bürüyüb.

"Report" BFMTV kanalına istinadən xəbər verir ki, iyunun 27-də polisin Nanterredə onların tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı oğlanı güllələdikdən sonra sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına etiraz çağırışları səslənməyə başlayıb.

Nanterredə narazı insanlar reklam stendlərini məhv edərək avtobus dayanacaqlarını dağıdıblar. Etirazçılar zibil qutularını və tikinti materiallarını yandırıblar.

Polis gözyaşardıcı qazla onları dağıtmağa çalışıb.

Şəhər prefekturasından verilən məlumata görə, etirazçılardan 9 nəfər həbs edilib.

İğtişaşlar Parisin digər şəhərətrafı ərazilərinə də yayılıb.


Вернуться назад