Главная > Dünya > Britaniyanın XİN rəhbəri Stokholmda İsveçin NATO üzvlüyünü müzakirə edəcək
Britaniyanın XİN rəhbəri Stokholmda İsveçin NATO üzvlüyünü müzakirə edəcək27-06-2023, 17:46. Разместил: azadses |
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bu həftə İsveçə səfər edəcək. “Report” xəbər verir ki, bu barədə “The Independent” qəzeti yazıb. Qeyd olunub ki, siyasətçi Skandinaviya ölkəsinin NATO-ya daxil olmasını dəstəkləməyə davam edəcək. Kleverli isveçli həmkarı Tobias Billström və İsveçin müdafiə naziri Paul Yonson ilə görüşərək Avropanın təhlükəsizliyini və iki ölkə arasında hərbi əməkdaşlığın qurulmasını, o cümlədən birgə təlimləri müzakirə edəcək. Görüş Baltik dənizindəki Qotland adasında baş tutacaq. Вернуться назад |