Главная > Dünya > ABŞ İnstitutu: “Şoyqu istefaya göndəriləcək, yerinə təhlükəsizlik orqanlarının sabiq zabiti təyin ediləcək”
ABŞ İnstitutu: “Şoyqu istefaya göndəriləcək, yerinə təhlükəsizlik orqanlarının sabiq zabiti təyin ediləcək”26-06-2023, 12:40. Разместил: azadses |
Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu istefaya göndərilə bilər. “Report” xəbər verir ki, bu iddia ilə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu çıxış edib. Bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin arasında razılaşma birmənalı olaraq Müdafiə Nazirliyinə təsir edəcək: “Bəzi Rusiya mənbələri Müdafiə Nazirliyinin rəhbərliyində dəyişiklik ola biləcəyini bildirirlər. Maraqlıdır ki, S. Şoyqu və baş qərargah rəisi Valer Gerasimov barədə “Vaqner”in silahlı üsyanından bəri məlumat yoxdur”. Amerikalı analitiklər iddia edirlər ki, Rusiyanın Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş rəhbəri, təhlükəsizlik orqanlarının sabiq zabitlərindən biri S. Şoyqunun yerinə təyin edilə bilər, lakin onun adı açıqlanmayıb: “Şoyqu və Gerasimovun istefaya göndərilməsi Priqojinin qələbəsi olacaq”. Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir". Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb. Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək. Daha sonra V.Priqojinlə Belarus Prezidenti Aleksanr Lukaşenko arasında telefon danışığı olub və “Vaqner” rəhbəri geri çəkildiyini bildirib. Вернуться назад |