Главная > Dünya > Dünyanın diqqəti o ölkədədir - Dəqiqələr sonra AÇIQLANACAQ

Dünyanın diqqəti o ölkədədir - Dəqiqələr sonra AÇIQLANACAQ


10-08-2020, 12:48. Разместил: azadses
Belarus Mərkəzi Seçki Komissiyası Bakı vaxtilə 10:00-da prezident seçkilərinin nəticələrini elan edəcək.

Anews.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Belarus 24” telekanalı məlumat yayıb.

Bildirilib ki, nəticələrin elanı üçün mətbuat konfransı təşkil olunacaq.

Qeyd edilir ki, səsvermə prosesi ötən gün baş tutub. Birinci "exit poll" nəticələrinə görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 79,7%, Svetlana Tixanovskaya 6,8% səs toplayıb.

Seçkilər gərgin şəraitdə keçib. Məntəqələr bağlandıqdan sonra bəzi şəhərlərdə etirazlar başlanıb.

www.anews.az 

Вернуться назад