Главная > Dünya > Avstraliya Ukraynaya 73,5 milyon dollarlıq yardım paketi verəcək

Avstraliya Ukraynaya 73,5 milyon dollarlıq yardım paketi verəcək


26-06-2023, 08:44. Разместил: azadses
Avstraliya hökuməti Ukraynaya 73,5 milyon dollarlıq yardım paketi verəcək.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Reuters” Avstraliyanın Baş naziri Entoni Albanizə istinadən məlumat yayıb.

Hərbi yardım paketinə 28 “M113” zirehli maşını, 14 xüsusi təyinatlı maşın, 28 orta ölçülü yük maşını və 14 qoşqu daxildir. Həmçinin Avstraliya Ukraynadan idxal olunan malların rüsumsuz girişini daha 12 ay müddətinə uzadacaq.

“Bu əlavə dəstək Rusiyanın qeyri-qanuni, əsassız və əxlaqsız müharibəsi qarşısında böyük şücaət göstərməyə davam edən Ukrayna xalqına köməklik göstərməklə real dəyişiklik yaradacaq”, - E.Albaniz bildirib.


Вернуться назад