Главная > Dünya > Britaniya kəşfiyyatı: "Ukrayna üç istiqamətdə böyük hücum əməliyyatlarına başlayıb"

Britaniya kəşfiyyatı: "Ukrayna üç istiqamətdə böyük hücum əməliyyatlarına başlayıb"


25-06-2023, 21:20. Разместил: azadses
Ukrayna Silahlı Qüvvələri 3 müxtəlif istiqamətdə böyük hücum əməliyyatlarına başlayıb.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Ukrayna ordusu əks-hücum əməliyyatlarının ilk 2 həftəsindəki təcrübədən istifadə edirlər: “Onlar tədricən irəliləsələr də, sabit taktiki uğurlar əldə edirlər. Rusiya isə irəliləyiş üçün cəhd etsə də, Ukrayna qüvvələri bunun qarşısını alıb”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Вернуться назад