Главная > Dünya > “Vaqnerçi”lər Rusiyada ikinci helikopteri vurublar - YENİLƏNİB

“Vaqnerçi”lər Rusiyada ikinci helikopteri vurublar - YENİLƏNİB


24-06-2023, 10:55. Разместил: azadses
“Vaqnerçi”lər Rusiya ərazisində daha bir helikopteri vurublar.

“Report” xəbər verir ki, bunu “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.

“Moskva şossesində hücum dəstələrindən birinə helikopterdən atəş açılıb. “Vaqner” PMC-nin bölmələrində hamı salamatdır, helikopter vurulub, meşə zolağında yanır. Hədəflərimiz var, hamımız, 25 min nəfər ölməyə hazırdır”, - Priqojin vurğulayıb.

Onun sözlərinə görə, “Vaqnerçi”lər təhdid kimi qəbul etdiyi hər şeyi məhv edəcəklər:

“Federal Təhlükəsizlik Xidmətinə məxsus bir pilot havaya qalxmaqdan və zərbə endirməkdən imtina edib”.

05:02
“Vaqnerçi”lər atəş açan Rusiya ordusuna məxsus helikopteri vurublar.

“Report” xəbər verir ki, bunu “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun helikopteri mülki karvana hücum edib, bundan sonra o, “Vaqner”in muzdluları tərəfindən vurulub.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.


Вернуться назад