Главная > Dünya > ABŞ BMT sülhməramlılarının Malidən çıxarılmasına etiraz edir

ABŞ BMT sülhməramlılarının Malidən çıxarılmasına etiraz edir


21-06-2023, 16:05. Разместил: azadses
Amerika Birləşmiş Ştatlar Malidə hakimiyyəti ələ keçirən müvəqqəti hərbi hakimiyyətin BMT sülhməramlılarını ölkədən çıxarmaq qərarından narahatdır.

Bu açıqlama ilə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller çıxış edib.

M.Miller qeyd edib ki, bu qərar Mali xalqının təhlükəsizliyinə ciddi problem yaradacaq, həmçinin vətəndaş müharibəsinin davam etdiyi ölkədə humanitar böhrana səbəb olacaq.
Qeyd edək ki, 24 may 2021-ci ildə Malidə hərbi çevriliş baş verib. Hakimiyyəti ələ keçirmiş hərbçilər bütün beynəlxalq çağırışlara rəğmən, ölkədə seçki keçirməyə və qanuni hakimiyyəti formalaşdırmağa mane olurlar.

Mənbə: Reuters


Вернуться назад