Главная > Dünya > Meşə yanğınları dünyanın ən təmiz şəhərlərindən birinin ekoloji vəziyyətini korlayıb

Meşə yanğınları dünyanın ən təmiz şəhərlərindən birinin ekoloji vəziyyətini korlayıb


20-06-2023, 13:17. Разместил: azadses
Kanadanın Toronto şəhərinin səması ölkənin şimal hissəsində davam edən meşə yanğınları nəticəsində qatı tüstü ilə örtülüb.

Kanada Milli Hava Bürosunun məlumatına görə, hazırda Torontoda çirklənmə səviyyəsi 10 ballıq şkala üzrə 7 olaraq qiymətləndirilir ki, bu da təhlükəli çirklənmə səviyyəsi hesab olunur.

Ekspertlərin fikrincə, şəhərdə ekoloji vəziyyət yaxşılaşması üçün azı bir həftə vaxt tələb olunur.
Məlumat üçün əlavə edək ki, Kanadanın Toronto şəhəri dünyanın ekoloji baxımdan ən təmiz şəhərlərindən biri hesab olunur.

Mənbə: CTV


Вернуться назад