Главная > Dünya > Mixaylo Podolyak: "Ruslar Zaporojye AES-i vura bilər"

Mixaylo Podolyak: "Ruslar Zaporojye AES-i vura bilər"


19-06-2023, 17:15. Разместил: azadses
"Zaporojye Atom Elektrik Stansiyası (AES) ilə bağlı risklər var və ruslar bu obyekti hər an vura bilərlər".

"Report" xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak “RBK Ukraina”ya müsahibəsində deyib.

O, Rusiyanın bu gün cəbhə xəttində hadisələrin inkişafına təsir göstərmək üçün hərbi alətlərə malik olmadığını söyləyib.

M.Podolyak bildirib ki, buna görə də Kaxovka Su Elektrik Stansiyasının (SES) vurulması kimi terror üsullarından istifadə edilir: "Etiraf etmək lazımdır ki, Zaporojye AES-lə bağlı da oxşar təhlükə var".

Qeyd edək ki, Rusiya hərbçiləri Kaxovka SES-i iyunun 6-na keçən gecə partladıblar. Nəticədə yaşayış məntəqələrini su basıb, təbiətə xeyli ziyan dəyib. Hadisə nəticəsində 35-dən çox adam həlak olub.


Вернуться назад