Главная > Dünya > Hindistanda kəskin istilər səbəbindən 100-ə yaxın adam ölüb
Hindistanda kəskin istilər səbəbindən 100-ə yaxın adam ölüb18-06-2023, 16:02. Разместил: azadses |
Hindistanın Uttar-Pradeş və Bihar ştatlarında son üç gündə kəskin istilər nəticəsində azı 98 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb. Uttar-Pradeş ştatının Balliya rayonunda iyunun 15-17-də 400 nəfər sağlamlıq şikayəti ilə xəstəxanaya yerləşdirilib, onlardan 54-ü sonradan dünyasını dəyişib. Bu günlərdə havalar isti keçib. Belə ki, cümə günü 42,2 dərəcə isti olub. Bölgənin səhiyyə müdiri Jayant Kumar bildirib ki, ölənlərin əksəriyyətinin yaşı 60-dan yuxarı olub: “Onların hamısı müxtəlif xəstəliklərdən əziyyət çəkirdi, kəskin istilər onların vəziyyətini ağırlaşdırıb”. Oxşar vəziyyət ötən gün qonşu Bihar ştatında da müşahidə olunub. Orada 44 nəfər ölüb. Ştatda istilər səbəbindən məktəblər iyunun 24-dək bağlanıb. Вернуться назад |