Главная > Dünya > Maykl Cordan basketbol klubunu satır
Maykl Cordan basketbol klubunu satır17-06-2023, 20:04. Разместил: azadses |
Maykl Cordan sahibi olduğu “Şarlott” basketbol klubunu satmaq qərarına gəlib. Keçmiş NBA oyunçusu, 6 qat çempion Maykl Cordan klubun nəzarət səhm paketini Qeyd Plotkin və Rik Şnellə təhvil verəcək. Məlumata görə, müqavilə yaxın günlərdə imzalanacaq. Sövdələşmənin başa çatmasından sonra Cordanın klubda müəyyən payını və iştirakını saxlaması gözlənilir. Qeyd edək ki, keçmiş basketbolçu “Şarlott”u 2010-cu ildə 275 milyon dollara alıb. “Forbes” klubu 1,7 milyard dollar dəyərində qiymətləndirib. Mənbə: sports.ru Вернуться назад |