Главная > Dünya > Rusiya Odessaya raket atıb, 3 nəfər ölüb, 13 nəfər yaralanıb

Rusiya Odessaya raket atıb, 3 nəfər ölüb, 13 nəfər yaralanıb


14-06-2023, 11:31. Разместил: azadses
Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinə raket hücumları endirib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat verib.

Bildirilib ki, şəhərə “Kalibr” raketləri atılıb.

Hücum nəticəsində ümumilikdə 3 nəfər ölüb, 13 şəxs xəsarət alıb.

Bundan başqa, şəhərin mərkəzində biznes mərkəzi, təhsil müəssisəsi, yaşayış kompleksi, iaşə obyektləri və mağazalar zədələnib.


Вернуться назад