Главная > Dünya > İsveç hökuməti PKK ilə əlaqəsi olan şəxsi Türkiyəyə ekstradisiya edir
İsveç hökuməti PKK ilə əlaqəsi olan şəxsi Türkiyəyə ekstradisiya edir13-06-2023, 19:14. Разместил: azadses |
İsveç hökuməti bazar ertəsi Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olan şəxsi Türkiyəyə ekstradisiya etmək qərarına gəlib. O, 35 yaşlı kişidir. 2013-cü ildə həmin şəxs vətənində 1,8 kq marixuana daşıdığına görə məhkum edilib. O, altı ay Türkiyə həbsxanasında yatıb, şərti azadlığa çıxıb və İsveçə gedib. İyunun 6-da Krallığın Ali Məhkəməsi həmin şəxsin Türkiyəyə deportasiya oluna biləcəyi barədə qərar çıxarıb. Sözügedən şəxs isə yayın əvvəlində baş tutacaq ekstradisiyaya qarşıdır. Mənbə: TASS Вернуться назад |