Главная > Dünya > Litvada rusiyalı jurnalistlər barədə cinayət işi açıldı

Litvada rusiyalı jurnalistlər barədə cinayət işi açıldı


13-06-2023, 18:28. Разместил: azadses
Litva Baş Prokurorluğu rusiyalı telejurnalistlər Vladimir Solovyov, Olqa Skabeyeva və Anton Krasovskinin mümkün cinayət fəaliyyətləri ilə bağlı cinayət işi açıb. Bunu Litva Respublikası Dövlət Prokurorluğunun Mətbuat Mərkəzi iyunun 12-də bildirib.

İşin başlanmasına səbəb Litva Seyminin deputatı Laurinas Kaşyunasın həmin şəxslərin Ukraynadakı hərbi cinayətlərdə, o cümlədən uşaqların Belarusa deportasiyasında iştiraklarını danması barədə müraciəti olub.

Baş prokuror Nida Qrunskene aydınlaşdırıb ki, iddiaçı adları çəkilən şəxslərin sistemli, metodik və davamlı olaraq Ukraynada insanların öldürülməsinə çağırış etdiklərini bəyan edib.

“Solovyov, əlavə olaraq, Litva, Polşa və Almaniyada da insanları məhv etməyə çağırır”, - Kaşyunasın müraciətində bildirilib.
Qeyd edək ki, Litva qanunvericiliyi bu cür cinayətləri 5 ildən 15 ilə qədər həbslə cəzalandırır.

Mənbə: eadaily.com


Вернуться назад