Главная > Dünya > Qazaxıstanda meşə yanğınında həlak olanların ailələrinə təxminən 16 min dollar ödəniləcək
Qazaxıstanda meşə yanğınında həlak olanların ailələrinə təxminən 16 min dollar ödəniləcək13-06-2023, 07:56. Разместил: azadses |
Qazaxıstan hakimiyyəti ölkənin şərqindəki Abay rayonunda meşə yanğını nəticəsində həlak olanların ailələrinə 7 milyon tenge (15,7 min ABŞ dollarından çox - Qeyd) ödəyəcək. “Report” xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Əlixan Smailov məlumat verib. Onun sözlərinə görə, paralel olaraq yanğında ölən və yaralananların ailələrinə lazımi dəstəyin göstərilməsi üçün ayrıca fond yaradılıb. Qeyd olunub ki, Qazaxıstanın 40-dan çox universiteti yanğından zərər çəkmiş ailələrdən olan tələbələrə qrant və yataqxana yerləri verməyə hazırdır. Eyni zamanda ödənişli əsaslarla təhsil alan tələbələr və bakalavrlar üçün qrantlara keçid təmin edilir. Вернуться назад |