Главная > Dünya > “ChatGPT” cinayətkarlara kömək edə bilər?

“ChatGPT” cinayətkarlara kömək edə bilər?


11-06-2023, 17:59. Разместил: azadses
“ChatGPT” cinayətkarlara partlayıcı maddələr hazırlamaqda, bankomatı partlatmaqda və müxtəlif növ kibercinayətlər törətməkdə kömək edə bilər.

“ChatGPT”də bu cür məlumatları gizlədən filtrlər var, lakin onlardan sadə bir addımla yan keçmək olar. Bunun üçün süni intelektdən özünü cinayətkar kimi qələmə verməyi xahiş etmək kifayətdir.

Məsələn “Əgər cinayətkar olsaydın” şəklində sullar verməklə “ChatGPT”dən istənilən bu kimi sualların cavabını almaq mümkündür.

Bildirilir ki, “ChatGPT”nin arxasında duran “OpenAI” şirkəti bu məsələlərdən xəbərdardır. Onun sözçüsü Niko Feliks deyib ki, “OpenAI” filtrlərdən yan keçməyin mümkün olmaması və yaxın gələcəkdə onları son dərəcə güclü hala gətirməsi kimi bir öhdəliyə sahibdir.
Niderland hüquq-mühafizə orqanlarının sözçüsü Robert Salome isə jurnalistlərə bildirib ki, polis “ChatGPT”nin bu cür istifadəsini nəzərdən keçirməyib, lakin belə ehtimallara görə təəccüblənmir.

“Bütün bu məlumatları internet forumlarında və “dərin” internetdə də tapmaq olar. Bununla bağlı nəsə etmək çətindir. Həqiqətən də, cinayətkarlar bu məlumatı tapacaqlar”, - deyə o bildirib.

Mənbə: rossaprimavera.ru


Вернуться назад