Главная > Dünya > “Qladiator 2” filminin çəkiliş meydançasında 6 nəfər yaralanıb

“Qladiator 2” filminin çəkiliş meydançasında 6 nəfər yaralanıb


11-06-2023, 17:04. Разместил: azadses
“Qladiator 2” filminin çəkiliş heyətinin altı üzvü Mərakeşdə obyektlərin birində baş verən partlayış nəticəsində xəsarət alıb.

Məlumata görə, yanıq xəsarətləri alan 4 nəfər hələ də xəstəxanadadır. Ridli Skottun filminin aktyor heyətindən heç kim zərər görməyib.

“Təhlükəsizlik və tibbi xidmətlər zərərçəkənlərin dərhal lazımi yardımı alması üçün operativ tədbirlər görüblər. Onların hamısının vəziyyəti stabildir”, - deyə layihənin nümayəndələri bildiriblər.
İnsidentə səbəb qaz kəmərinin partlaması ola bilər.

Mənbə: lenta.ru


Вернуться назад