Главная > Dünya > Almaniyada ekoloji fəallar 2022-ci ilin əvvəlindən 580 cinayət törədiblər

Almaniyada ekoloji fəallar 2022-ci ilin əvvəlindən 580 cinayət törədiblər


11-06-2023, 08:56. Разместил: azadses
“Letzte Generation” hərəkatının radikal ekoloji fəalları 2022-ci ilin əvvəlindən indiyədək 580 qanunsuz əməl törədib, 740 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

“Report”un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezer “Bild am Sonntag” qəzetinə müsahibəsində bildirib.

Fezer qeyd edib ki, ekoloji fəalların hərəkətləri iqlimin qorunması üçün tamamilə faydasızdır: “Bir çox yerlərdə polisin işə necə müdaxilə etdiyini, fəalların məsuliyyətə cəlb edildiyini görürük. Amma cinayətkarlarla ekstremistlər arasında fərqlər var”.

“Letzte Generation” iqlim dəyişikliyinə, avtomobil yollarında sürət məhdudiyyətlərinə və ictimai nəqliyyatda gediş haqqının aşağı salınmasına qarşı daha güclü mübarizə aparmağa çağırır. Hərəkat nümayəndələri dəfələrlə vurğulayıblar ki, Almaniya hakimiyyəti optimal həll yolu tapana qədər öz hərəkətlərini davam etdirəcəklər.


Вернуться назад