Главная > Dünya > Danilov: Getdikcə daha çox ölkədə Rusiya agenturası zərərsizləşdirilir

Danilov: Getdikcə daha çox ölkədə Rusiya agenturası zərərsizləşdirilir


9-06-2023, 12:07. Разместил: azadses
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Ukraynada və digər demokratik ölkələrdə Rusiya agenturasının fəal şəkildə zərərsizləşdirildiyini və Qərbin yardımı daha əhəmiyyətli hala gəldiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə MTMŞ-nin katibi Ukrayna Radiosuna müsahibəsində bildirib.

“Rusiya təbliğatı bir vaxtlar, demək olar ki, bütün ölkələrin ərazisində çox güclü işləyirdi. Üstəlik, o hamıya sübut edirdi ki, bizim dövlətimiz Rusiyanın həyata keçirəcəyi hücuma tab gətirmək bacarığına malik deyil. Hər şeyin başladığı 2022-ci ilin fevralı və mart ayının əvvəlində bir çox ölkə hadisələri və bunların necə bitəcəyini “köşədən” izlədi”, - Danilov qeyd edib.

O vurğulayıb ki, Ukrayna müqavimət göstərməyə, həmçinin müəyyən uğurlar əldə etməyə başlayan kimi, getdikcə daha çox yardım alıb:

“Deyə bilərəm ki, tərəfdaş ölkələrdən 2022-ci ilin mart-aprel-may aylarında olan yardımla 2023-cü ilin mart-aprel aylarında gəlməyə başlayan yardım tamam başqa səviyyədir”.

MTMŞ katibi getdikcə daha çox ölkədə Rusiya agenturasının ifşa olunduğuna diqqət çəkib:

“Yəni son vaxtlar çoxlu proseslər gedir, bu sahədə getdikcə daha çox ölkə öz ərazilərində “təsir agentləri” adlandırılan Rusiyaya işləmiş casuslar tapır. Əgər şərti olaraq, bir il, iki-üç il keçmişdə baş verənləri və indi baş verənləri təhlil etsək, bu sahədə böyük dəyişikliklərdir”.


Вернуться назад