Главная > Dünya > AK Partinin deputatı avtomobil qəzasına düşərək yaralanıb
AK Partinin deputatı avtomobil qəzasına düşərək yaralanıb9-06-2023, 10:31. Разместил: azadses |
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Bahadır Yenişehirlioğlu və oğlu avtomobil qəzasına düşüblər. “Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, hadisədə ata və oğul yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar. Məlumata görə, hadisə Afyonkarahisar – Uşak yolunun Çalışlar kəndi ərazisində qeydə alınıb. Qeyd edək ki, mayın 14-də keçirilmiş parlament seçkilərinin yekun nəticələrinə görə, B. Yenişehirlioğlu Manisa şəhərindən millət vəkili seçilib. İxtisasca hüquqşünas olan Yenişehirlioğlu eyni zamanda aktyor və yazıçılığı ilə də məşhurluq qazanıb. Вернуться назад |