Главная > Dünya > Peruda ilin əvvəlindən denge xəstəliyindən 200-dən çox insan ölüb

Peruda ilin əvvəlindən denge xəstəliyindən 200-dən çox insan ölüb


9-06-2023, 08:56. Разместил: azadses
Perulu həkimlər ilin əvvəlindən bəri ölkədə denge qızdırmasından 201 nəfərin öldüyünü təsdiqləyiblər.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“2023-cü ilin 22-ci həftəsinə qədər ölkədə 130 826 denge xəstəliyinə yoluxma halı aşkarlanıb, 201 ölüm də qeydə alınıb”, - hesabatda deyilib.

Bu ilin ilk beş ayında Peruda 2022-ci illə müqayisədə iki dəfədən çox denge xəstəliyinə yoluxma halları təsdiqlənib. Ən çətin vəziyyət Perunun şimalındakı Pyura departamentindədir, burada 40 minə yaxın adam xəstələnib.

Denge tropik və subtropik bölgələrdə üstünlük təşkil edən viral infeksiyadır. Onun simptomları yüksək hərarət, ürəkbulanma, səpgi, başağrısı və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı qan damarlarının çökməsi nəticəsində yaranan ağır daxili qanaxma ilə müşayiət olunur. Virusu “Aedes aegypti” ağcaqanadları daşıyır.


Вернуться назад