Главная > Dünya > Kaxovka su anbarında suyun səviyyəsi 2,8 metr azalıb

Kaxovka su anbarında suyun səviyyəsi 2,8 metr azalıb


8-06-2023, 11:40. Разместил: azadses
Kaxovka su anbarında suyun səviyyəsi 2,8 metr azalaraq 14,03 metr təşkil edib.

“Report” xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi bildirib.

Qrossi əlavə edib ki, suyun səviyyəsi 12,7 metrdən aşağı düşərsə, Zaporojye atom elektrik stansiyasının (ZAES) su ilə təminatında problem yaranacaq:

“Anbara dəyən zərərin tam həcmi məlum olmadığı üçün bunun nə vaxt baş verib-verməyəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bununla belə, indiki eniş tempi davam edərsə, növbəti iki gün ərzində suyun səviyyəsi 12.7 metrə çata bilər”.


Вернуться назад