Главная > Dünya > Krım körpüsündə çatlar aşkarlandı: Çökə bilər?

Krım körpüsündə çatlar aşkarlandı: Çökə bilər?


2-06-2023, 15:42. Разместил: azadses
Krımda rusiyalılar tərəfindən inşa edilən Krım körpüsünün bəzi sütunlarında çatlar əmələ gəlib.

Bu barədə “Krımskiy veter” “Telegram” kanalı məlumat verib.

“Kerç körpüsünün dayaqları yorulub. Artıq vaxtdır”, - deyə bununla bağlı paylaşımda qeyd edilib.

Kerç boğazı üzərindən keçən bu körpü müvəqqəti işğal olunmuş Krımı Rusiya ilə birləşdirir, Kerç və Taman yarımadalarını birləşdirir. Körpü yarımadanın qanunsuz ilhaqından sonra rusiyalılar tərəfindən inşa edilib. 2018-ci ildə avtomobil hissəsi, bir il sonra sərnişindaşıma üçün dəmiryolu hissəsi, 2020-ci ildə isə yük daşınması üçün nəzərdə tutulan hissəsi istifadəyə verilib.
Rusiyalılar, həmçinin bu körpüdən Ukraynadakı hərbçilərinin təhlükəsizliyinin təmin edilməsi, hərbi məqsədlər üçün də istifadə edirlər.

Mənbə: RBC.ua


Вернуться назад