Главная > Dünya > İndoneziyanın Bali adasında dağa çıxmaq qadağan edildi
İndoneziyanın Bali adasında dağa çıxmaq qadağan edildi1-06-2023, 17:19. Разместил: azadses |
İndoneziyanın Bali adasının qubernatoru Vayan Koster ada ərazisində yerləşən dağlara çıxmağın qadağan edildiyini açıqlayıb. Qubernator qadağanı dağın müqəddəsliyi ilə əsaslandırıb. “Dağ müqəddəs yer olduğu üçün ora qalxmağı qadağan edirik. Regional qaydalar tətbiq ediləndən sonra hər şey tənzimlənəcək”, - deyə qubernator vurğulayıb. Qeyd edək ki, Bali Malay arxipelaqında yerləşən, İndoneziya dövlətinə məxsus adadır. Mənbə: Tribun-Bali Вернуться назад |