Главная > Dünya > Rusiya və Belarus dronları məhv edən cihazın hazırlanmasına başladılar

Rusiya və Belarus dronları məhv edən cihazın hazırlanmasına başladılar


31-05-2023, 21:27. Разместил: azadses
Belarusun “Lemt” elmi-texniki mərkəzi Rusiyanın iki elmi-tədqiqat institutu ilə birlikdə pilotsuz aparatların məhv edilməsi üçün lazer qurğusu hazırlayır.

Belarus müəssisəsinin nümayəndəsinin sözlərinə görə, lazer modulu onlarla kilometr məsafədə PUA-ları vura biləcək, onun gücü isə 100 kilovat təşkil edəcək.

Qurğunun prototipi 2023-cü ildə yaradılacaq. Eyni zamanda “Lemt”in Rusiya təşkilatları ilə müştərək iş planı iki il üçün nəzərdə tutulub.
Mənbə: MK.ru


Вернуться назад