Главная > Dünya > Yeni Zelandiyada güclü zəlzələ qeydə alınıb

Yeni Zelandiyada güclü zəlzələ qeydə alınıb


31-05-2023, 18:11. Разместил: azadses
Yeni Zelandiyanın Cənub adası sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, zəlzələnin episentri təxminən 114 min nəfər əhalisi olan Dunidin şəhərindən 643 kilometr cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan edilməyib.

Mənbə: TASS


Вернуться назад