Главная > Dünya > Özbəkistan XİN başçısı Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Özbəkistan XİN başçısı Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib


28-05-2023, 16:44. Разместил: azadses
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistanın xarici işlər naziri Baxtiyar Saidov arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bunu özbəkistanlı nazir tviterdə yazıb.

O, həmkarını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan dövləti və xalqına ən xoş arzularını çatdırıb.

B.Saidov bildirib ki, iki ölkə arasında əlaqələr genişlənməkdə davam edir.


Вернуться назад